İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin İrana külli miqdara raket yanacağı göndərməyə hazırlaşır - Financial Times gizli planı açıqladı

İran Çindən iki gəmidə hərbi raketlər üçün yanacaq istehsalına lazım olan 1000 ton əsas kimyəvi tərkib hissəsi idxal etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, məlumatı Financial Times qəzeti adı açıqlanmayan iki Qərb ölkəsinin təhlükəsizlik rəsmilərinin kəşfiyyat məlumatlarına istinadən yayıb.

Bildirilir ki, İran bayraqlı “Qolbon” və “Ceyran” gəmiləri bərk raket yanacağının əsas komponenti olan ammonium perkloratın istehsalında istifadə edilən min tondan çox natrium perklorat daşıya bilər. Nəşrin mənbələri iddia edir ki, son nəticə 1,3 min ton raket yanacağı ola bilər ki, bu da İranın 260 orta mənzilli raketini yanacaqla təmin edə bilər.

Mənbələrin məlumatına görə, yük İslam İnqilabı Keşikçiləri Korpusu(SEPAH) üçün nəzərdə tutulub. Onların versiyasına görə, 34 konteyner kimyəvi maddə Taicang limanında (Tszyansu əyaləti) “Qolbon”a yüklənib, sonra isə yanvarın 21-də gəmi Çinin Daişan qraflığının (Çjetszyan əyaləti) sahilindən yola düşüb. “Qolbon”un təyinat yeri İranın Bəndər Abbas limanıdır.

“Ceyran”ın isə 34 konteynerlə Çini fevralın əvvəlində tərk etməsi planlaşdırılır. Hər iki gəminin səfəri üç həftə çəkəcək və onların yolda başqa limanlara yan almaları gözlənilmir.

Mənbələr Çin rəsmilərinin bu çatdırılmalardan xəbəri olub-olmadığını bilmədiklərini açıqlayıblar.

İran hökuməti bu məlumatı şərh etməkdən imtina edib. Çinin Vaşinqtondakı səfirliyi məsələdən xəbərsiz olduğunu bildirib və Pekinin hər zaman Yaxın Şərq və Fars körfəzində sülh və sabitliyin qorunmasına sadiq olduğunu vurğulayıb.

 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR