Onlayn ictimai-siyasi qəzet
Çin Tianqonq orbital stansiyası üçün ilk laborator modulunu fəzaya buraxıb.
Buraxılış Haynan adasındakı Vençan kosmodromundan həyata keçirilib.
Ventyan laboratoriya modulu “Long March-5V” daşıyıcı raketi ilə orbitə çıxarılıb.
Proses iyulun 24-də Çin Mərkəzi Televiziyası tərəfindən yayımlanıb.
Qeyd edək ki, Ventyan (Çin dilindən tərcümədə “səmaya suallar”) ÇXR tərəfindən orbitə buraxılan ən böyük kosmik aparatdır. Onun çəkisi təxminən 20 tondur, uzunluğu isə 18 metrdir və bu, altı mərtəbəli binanın hündürlüyü ilə müqayisə edilə bilər.
Modul əsasən bioloji tədqiqatlar üçün laboratoriya kimi istifadə olunacaq. Həmçinin orada üç yataq otağı, mətbəx və vanna otağı da var. Bu, ekipaj dəyişikliyi zamanı stansiyada altıya qədər kosmonavtı yerləşdirməyə imkan verəcək.//Oxu.az
14 Noyabr 2024
13 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ