Onlayn ictimai-siyasi qəzet
Çin zərbə yolu ilə asteroidin orbitini dəyişdirmək üçün ilk missiyasını planlaşdırır. Seçilmiş hədəf Yerə yaxın obyekt 2015 XF261-dir. Bu, diametri 30 metr olan kosmik qayadır.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, 2015 XF261 asteroidi sonuncu dəfə iyulun 9-da planetimizdən 50 milyon kilometr məsafədə saatda 42 000 kilometr sürətlə uçaraq keçib.
Missiya zamanı Çin Milli Kosmik İdarəsi biri 2015 XF261-ə enəcək, digəri isə zərbəni müşahidə edəcək iki kosmik gəmi buraxmağı planlaşdırır. Əməliyyat 2030-cu ilə qədər aparılacaq.
Missiya üçün ən yaxşı fürsət 2029-cu ilin aprelində, asteroidin Yerə 6,8 milyon kilometr məsafədə yaxınlaşacağı zamandır. Daha bir şans 2030-cu ilin aprelində, 2015 XF261-in planetimizə 7,1 milyon kilometr məsafədə yaxınlaşacağı zaman yaranacaq.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ