İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin 582 qaçaq korrupsioner məmuru xarici ölkələrdən geri qaytarıb

2023-cü ilin birinci yarısında Çin xaricdən olan 582 qaçqını, eləcə də bu şəxslər tərəfindən mənimsənilmiş təxminən 270 milyon dollar dəyərində əmlakı geri qaytarıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ÇKP Mərkəzi İntizam Təftiş Komissiyası və Dövlət Nəzarət Komitəsinin saytında yerləşdirilən məlumatda deyilir.

Son vaxtlar Çinə qayıdanlar arasındakı 25 nəfər İnterpolun qırmızı bülleteninə daxil edilənlərdir. Onlardan biri Çinin ən çox axtarılan 100 qaçaq korrupsionerindən biridir.

Bildirilir ki, Çin xaricdə gizlənən korrupsioner məmurları izləmək üçün xüsusi kampaniyalar başlatmaqla və qaçaq korrupsioner məmurları mühakimə etmək, qaçışların qarşısını almaq və oğurlanmış aktivləri geri almaq üçün hərtərəfli mexanizm yaratmaqla korrupsiyaya qarşı mübarizə sahəsində uğurlarını genişləndirir.

Bu il iyunun 10-da rüşvət almaqda şübhəli bilinən və xaricdə gizlənən Quo Jiefang Çinə qayıdıb və hakimiyyət orqanlarına təslim olub. Onun qanunsuz mənimsədiyi vəsaitlər müsadirə edilərək ölkə xəzinəsinə qaytarılıb.

Çin hakimiyyəti korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığı dərinləşdirməyə, eləcə də xaricə qaçan şəxslərin axtarışı ilə bağlı sərt mövqeyini davam etdirməyə və qeyri-qanuni ixrac edilmiş aktivlərin qaytarılması üçün səy göstərməyə hazır olduqlarını bildirib.

Ancaq qaçaq korrupsionerləri ölkəyə qaytaran əsas amil qaranlıq qalır. Güman olunur ki, bu şəxslərin ailə üzvləri girov götürülür və onlar geri qayıtmağa məcbur olurlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR