İnsanlara hürriyət, millətlərə istiqlal!

Çimkənddə "Kalaşnikov"lu şəxslər saxlanılıb

Qazaxıstanın Çimkənd şəhərində bir qrup silahlı şəxs avtomobildə saxlanılıb.

Musavat.com Otyrar.kz saytına istinadla xəbər verir ki, şəhərin Tauke Xan və Kunaev prospektlərinin kəsişməsində polis əməkdaşları silahlı şəxslərin olduğu "BMW X6" avtomobilinin qarşısını kəsiblər.

Maşının salonunda sürücü və beş sərnişin olub. Axtarış zamanı avtomobildən “Kalaşnikov” avtomatı, qaz tapançası və dəyənək aşkar edilib.

Saxlanılan şəxslər Əl-Fərəbi rayonunun polis şöbəsinə aparılıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR