İnsanlara hürriyət, millətlərə istiqlal!

"CHP-li sədrin 24 aprellə bağlı paylaşımı ağır nəticələr doğura bilər"

“Kaftancıoğlunun bu sözləri CHP-nin iqtidar olacağı təqdirdə "erməni soyqırımı"nı tanıyacağı mənasına gələ bilməz. Birincisi, Kaftancıoğlu CHP-də qərar verən şəxs deyil, partiyanın İstanbul təşkilatının sədridir. İkincisi, CHP Atatürkün partiyasıdır. Bu təşkilatın belə bir qərar verməsi üçün hər hansı bir səbəb yoxdur”.

Bu fikirləri Musavat.com-a siyasət yazarı Kənan Rövşənoğlu deyib.

O qeyd edib ki,Türkiyə dövləti soyqırımı iddialarını rədd edir və bu siyasəti CHP də dəstəkləyir: “Belə bir addım atması CHP-nin özü üçün, yəni hakimiyyət üçün ağır nəticələr doğura bilər. C.Kaftancıoğlunun erməni əsilli olması ilə bağlı zaman-zaman iddialar ortaya atılıb. Mümkündür ki. onun özü bunu istəsin, amma bu bütövlükdə CHP-nin və onun qurduğu siyasi blokun mövqeyi deyil. Görünür ki, seçki prosesi olduğu üçün bu cür açıqlamalar ictimaiyyətdə reaksiya doğurur”.

708941eb-6ed8-4c99-9634-291fd75fc165.jpg (107 KB)

Xatırladaq ki, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının İstanbul təşkilatının başçısı Canan Kaftancıoğlu Tvitterdə paylaşımında "23 apreldən sonrakı gün hansıdır? Bilmək istəməyənlər üçün ipucu: 1915" deyə yazıb.

CHP-nin məsul şəxsinin paylaşımı sosial mediada və Türkiyə mediasında qınağa səbəb olub.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR