İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyk Sallivandan İLGİNC SÖZLƏR - “Qarşıdan gələn rəqabət erası...”

ABŞ-ın Yaxın Şərqdəki təhlükələr fonunda istənilən ölkəni üstələmək qabiliyyətinə inamı olmalıdır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu cümlə Birləşmiş Ştatların prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın “Foreign Relations” jurnalında yazdığı məqalədə əks olunub.

“ABŞ rəsmiləri qarşıdakı onilliklərdə son 30 ildəkindən daha çox fundamental məsələlərdə fikir ayrılıqları olan ölkələrlə müzakirələr aparacaqlar. Dünya getdikcə daha münaqişəli xarakter alır və Birləşmiş Ştatların sadəcə onun baxışlarını və ya dəyərlərini bölüşənlərlə bir yerdə ola bilməsi mümkün deyil. Qarşıdan gələn rəqabət erası əvvəlki dövrlərdən fərqli olacaq”, - deyə o qeyd edib.

Sallivan Yaxın Şərq böhranının gələcək perspektivdə regional münaqişəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib. Lakin onun fikrincə, bu, Birləşmiş Ştatların böyük gücləri digər ölkələrə təcavüz etməkdən (Sallivan nümunə olaraq Rusiyanın Ukraynaya hücumunu göstərir) çəkindirmək taktikasını dəyişdirə bilməz.

“Getdikcə daha çox rəqabətin yaşanacağı, texnologiyanın pozucu qüvvəyə çevriləcəyi və zaman keçdikcə ümumi problemlərin daha da kəskinləşəcəyi dövrə qədəm qoyuruq”, - deyə ABŞ rəsmisi yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR