İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyk Sallivan İranı müzakirə etmək üçün İsrailə səfər edəcək

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan tezliklə İsrailə səfər etmək niyyətindədir.

“Report” xəbər verir ki, Sallivan bu bəyanatı jurnalistlər üçün keçirdiyi mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, səfər çərçivəsində İsrail rəsmiləri ilə İranla nüvə sazişinin bərpası perspektivləri müzakirə ediləcək:

“ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıdır. Və biz inanır ki, diplomatiya buna nail olmağın ən yaxşı yoludur - düzgün kontekstdə, beynəlxalq ictimaiyyətin effektiv dəstəyi və lazımi təzyiq, o cümlədən son bir il ərzində artırdığımız sanksiya təzyiqi ilə” - deyə, o bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR