İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Yusifovun vəkillik fəaliyyəti bərpa edildi  

Bir müddətdir adı Adəm Məmmədovla məhkəmə çəkişmələrində keçən Ceyhun Yusifovun vəkillik fəaliyyəti bərpa olunub.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının (AR) Vəkillər Kollegiyasının Rəyasət Heyəti Ceyhun Yusifovun fəaliyyətini 1 illik dayandırmışdı. Sonradan bu müddət azaldıldı. Yusifov mayın 1-dən etibarən vəkillik fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Ceyhun Yusifovla həmkarı Adəm Məmmədov arasında uzun müddətdir qalmaqal yaşanırdı. Adəm Məmmədov özünə və qardaşına məxsus media orqanına Ceyhun Yuaifovla bağlı yalan məlumatlar paylaşdığı üçün sonuncu xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdi.

C.Yusifovun şikayəti əsasında Adəm Məmmədov 6 ay azadlıqdan məhrum etmə cəzasın məhkum edilmişdi.

İ. Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR