İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Məmmədov tələbələrə güzəşt etməyə çağırdı

Deputat Ceyhun Məmmədov Milli Məclisdəki çıxışında tələbələri narahat edən məsələdən danışdı. Bildirdi ki, təyyarə biletlərinin qiymətinin yüksək olması səbəbindən tələbələrimizin qış tətilində Azərbaycana qayıtmasında çətinliklər yaranıb, bir çox tələbələr tətil günlərində də Türkiyədə qalmalı olublar.

“Digər tərəfdən zəlzələ səbəbindən Türkiyədə təhsil distant təhsilə keçib”-deyən deputat bildirdi ki, hazırda tələbələrin Azərbaycana qayıdışı zərurətə çevrilib. Amma biletlərin baha olması səbəbindən əlavə problemlər yaranıb. Bütün bunları nəzərə alaraq tələbələrə güzəştlərin edilməsini təklif edən C.Məmmədov qeyd etdi ki, bu gün dünyada təcrübələr var, o cümlədən qardaş Türkiyədə. Deputat dedi ki, ölkə rəhbərliyinin də təhsilimizə diqqəti və qayğısı böyükdür. Ayrı-ayrı qurumlar tələbələrimizə güzəşt məsələsinə diqqət yetirsələr, bu, dövlətimizin təhsilimizə diqqət və qayğısı kimi qiymətləndiriləcək.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR