İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Məmmədov: "İran hər iki şəxsi Azərbaycana təhvil verməlidir"

Milli Məclisin iclasında çıxış edən deputat Ceyhun Məmmədov öncə bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə İranla gərginliyin azaldılması, ölkələrimiz arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atılır.

Deputat əlavə etdi ki, son günlər İran tərəfinin ölkəmizə qarşı siyasətində də müsbət dəyişikliklər hiss olunur, əvvəlki dövrlərdəki sərt bəyanat və ittihamlar azalıb: “Onu da qeyd edim ki, hazırkı dönəmdə bu addımların atılması çox önəmlidir. İnsanlarımız bilməlidir ki, nə İran bu bölgədən gedəndir, nə də Azərbaycan. Biz mütləq normal qonşuluq münasibətləri qurmalıyıq. Bir neçə gündür mediada davamlı olaraq ölkəmizdə “Kərimə dövləti” qurmağa çağırış edən, Azərbaycan gənclərini bu məqsədlə təşkilatlanmağa, təxribatlar törətməyə təhrik edən iki şəxsin Tohid İbrahinbəyli və Orxan Məmmədovun həbsi ilə bağlı məlumatlar yayılmaqdadır. Onları əksəriyyət tanıyır. Bu da məlumdur ki, İranda oturub ölkəmizə qarşı davamlı təxribat xarakterli çıxışlar edənlər yalnız bu iki şəxs deyil. Onlarla belə şəxslər İranda bu cür fəaliyyətləri zaman – zaman davam etdirirlər. Bu əksər hallarda daha çox münasibətlər gərginləşəndə özünü büruzə verir. Münasibətlərin daha da normallşadırılması, gələcəkdə belə fəaliyyətlərin davam etdirilməməsi üçün İran tərəfi hər iki şəxsi ən qısa vaxtda Azərbaycana təhvil verməlidir. Bu, edilmədiyi və onlar azad olunduğu təqdirdə həmin şəxslər ölkələrimiz arasında münasibətlərin gərginləşməsinə vəpozulmasına yönəlmiş fəaliyyətləri, “Kərimə dövləti” ilə bağlı çağırışları davam etdirəcəklər”.

C.Məmmədov qeyd etdi ki, bütün bunlara paralel olaraq ölkə daxilində də radikal təriqətlərin, ölkəmizin həyata keçirdiyi siyasətə qarşı təbliğat aparan şəxslərin həbsi davam etdirilməlidir: “Əslində son günlər hüquq mühafizə orqanları bu istiqamətdə çox ciddi addımlar atmaqdadırlar. Ancaq bu da reallıqdır ki, onların sayı on minlərlərdir. Eyni zamanda, ölkəmizdə dini fəaliyyət sahəsində islahatlarsürətləndirilməlidir. Biz islahatlarda gecikməməliyik. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi üçün ən ciddi təhdidi siyasiləşmiş və radikal islam təşkil edir. Hələ də bir sıra bölgə vəməscidlərimizdə bu təfəkkür və düşüncədə olan din xadimləri fəaliyyət göstərməkdədir. Bu, çox ciddi məsələdir. Biz indidən bu istiqamətdə ciddi addımlar atmasaq, islahatlar həyata keçirməsək, gələcəkdə çox ciddi təhdidlərlə yenidən üz-üzə gələcəyik. Bunun üçün kompleks tədbirlərin həyata keçirilməsini davam etdirməliyik”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR