Onlayn ictimai-siyasi qəzet
Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.
Bu barədə Musavat.com-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
İlkin məlumata əsasən, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.
Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb.
Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.
***
Bakı Metropoliteninin "Dərnəgül - Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar 15 dəqiqədən çoxdur, "Ulduz" - “Koroğlu” stansiyaları arasındakı tuneldə qalıb.
Bu barədə “Report”a sərnişinlər məlumat verib.
Onların sözlərinə görə, qatarın hərəkətinin dayanmasına səbəb sərnişinlərdən birinin relslərin üstünə yıxılmasıdır.
08 Yanvar 2025
19:29 SON DƏQİQƏ! Zelenski ikinci müddətə prezidentliyə namizədliyini irəli sürür - "Teleqraf" nəşri
18:35 Ağadadaş Ağayev baltalı hücum etdiyi mühafizəçi ilə barışdı – MƏHKƏMƏ BARIŞIĞI QƏBUL EDƏCƏKMİ?
ŞƏRHLƏRŞƏRH YAZ