Onlayn ictimai-siyasi qəzet
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidanın geniş tərkibdə görüşü keçirilib.
Musavat.com-un xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" platformasındakı səhifəsində məlumat verilib.
Bildirilib ki, təhlükəsizlik, iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, humanitar, o cümlədən regional və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn əməkdaşlıq gündəliyi, xüsusilə Yaxın Şərqdəki vəziyyət görüşün əsas mövzusu olub.
Həmçinin, Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı normallaşmanın hazırkı vəziyyəti və sülh gündəliyi, sülh prosesində mövcud problemlər də diqqətə çatdırılıb.
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ