Onlayn ictimai-siyasi qəzet
Suriyada Azərbaycan səfirliyi 12 illik fasilədən sonra fəaliyyətini bərpa etdi. Əsəd rejimi tərəfindən Azərbaycana qarşı atılan qeyri-dost addımlar fonunda səfirliyimizin fəaliyyəti dayandırılmışdı.
Musavat.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
XİN başçısı qeyd edib ki, Azərbaycan yeni reallıqları nəzərə alaraq yeni hakimiyyətlə ünsiyyətə keçib: "Təmaslar davam edir. Yaxın zamanda Suriya xarici işlər nazirliyi ilə telefon danışığı olacaq. Azərbaycan Suriyanın inkişafını dəstəkləyir".
Nazir əlavə edib ki, son azərbaycanlı qaytarılana qədər işlər davam etdirələcək.
Nigar HƏSƏNLİ,
Musavat.com
13 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ