İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov: “Türkmənistanda tarixi gün yaşayırıq”

“Bu gün biz sözün əsl mənasında Türkmənistanda tarixi gün yaşayırıq”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu gün Azərbaycan, Türkiyə və Türkmənistan liderləri ilk dəfə olaraq üçtərəfli formatda görüşüb: “Bu ərəfədə böyük hazırlıq işləri həyata keçirilib, heyətlər kifayət qədər uzun müddət ərzində çalışıblar. Dünən həm üç ölkənin xarici işlər nazirləri arasında, eyni zamanda, nəqliyyat və energetika nazirləri arasında ayrı-ayrı toplantılar keçirilib. Hər bir mühüm sahə üzrə geniş müzakirələr aparılıb və sənədlərin hazırlanmasına yekun töhfələr verilib. Ölkələrimizin xalqları arasında tarixi, dostluq, qardaşlıq, vahid dini, mədəni bağlantılara çox böyük diqqət yetirilib. Bu, bizim birgə olmağımızın, birgə fəaliyyətimizin ən təbii əsasıdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR