Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Birol Akgünlə görüşüb.
Bu barədə Musavat.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı səfir Birol Akgün etimadnaməsinin surətini nazir C.Bayramova təqdim edib.
Görüşdə iki ölkənin müttəfiqliyindən irəli gələn mövzular, habelə, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
C.Bayramov Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsinin mövcud qardaşlıq və dostluq əlaqələrimizin təcəssümü olduğu bildirilib. Liderlərimizin təlimatı ilə çoxölçülü müttəfiqlik münasibətlərimizin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və s. aspektləri üzrə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.
Birol Akgün Azərbaycanda səfiri qismində fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Qeyd edək ki, Birol Akgündən öncə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı idi.
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ