İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov Moldova səfirini qəbul edib - Fotolar

Xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Aleksandr Yesaulenko ilə görüşüb.

XİN-dən Musavat.com-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov səfir Aleksandr Yesaulenkonun etimadnaməsinin surətini qəbul edib, səfirə təyinatı münasibətilə təbrikini çatdırıb və ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Moldova arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, həmçinin regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Moldova arasında ikitərəfli səviyyədə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnunluqla qeyd edib. İki ölkə arasında münasibətlərin inkişafına Azərbaycan və Moldova xalqları arasında mövcud qarşılıqlı rəğbətin də müsbət təsir göstərdiyi bildirilib. Nazir, Azərbaycanın Moldova ilə regional və beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində fəaliyyəti haqqında qarşı tərəfi məlumatlandırıb.

Səfir Aleksandr Yesaulenko qəbula görə nazir Ceyhun Bayramova təşəkkür edib, həmçinin qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə öz təbriklərini çatdırıb. Səfir zəngin tarixə, ənənələrə, qonaqpərvər cəmiyyətə sahib olan Azərbaycanda fəaliyyət göstərəcəyi üçün məmnunluq duyduğunu ifadə edib. Aleksandr Yesaulenko, iki ölkə arasında müxtəlif, o cümlədən iqtisadi, mədəni, energetika sahələrində münasibətlərin inkişafının əhəmiyyətini vurğulayaraq, bu xüsusda əlaqələrin daha da inkişafı üçün çalışacağını ifadə edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR