İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Baramovun Moskvaya işçi səfəri Moldova KİV-də - FOTOLAR

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Moldovaya işçi səfəri Moldova KİV-də rumın və rus dillərində geniş işıqlandırılıb.

Musavat.com-un xəbərinə görə, Moldovanın böyük oxucu auditoriyasına malik olan POİNT.MD xəbər saytında “AR XİN: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi ilə bağlı üçüncü raund ilin sonuna kimi baş tuta bilər” adlı xəbərdə nazir Ceyhun Baramovun sözlərinə istinad edilərək, Azərbaycan tərəfindən sülh müqaviləsi üzrə üçüncü rəylər paketinin Ermənistana təqdim olunduğu barədə nazirin açıqlaması yer alıb.  

Moldovanın “Jurnal TV” aparıcı telekanalının saytında rumın dilində dərc olan “Azərbaycanın XİN başçısı: Ermənistanla münasibətlərin normallaşması ilə bağlı mövqemiz aydın və ardıcıldır” başlığı ilə xəbərdə nazir Ceyhun Bayramovun Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə müsbət töhfə vermək istəyən bütün obyektiv beynəlxalq aktorlara Azərbaycan tərəfinin minnətdar olduğu, ölkəmizin məsələnin fundamental normaları və beynəlxalq hüququn prinsipləri nəzərə alınaraq müzakirə etməyə hazır olduğu barədə dedikləri yer alıb.

RUPOR.MD xəbər portalında “Azərbaycan ilə Rusiya xarici işlər nazirləri Qarabağda ekolojı vəziyyəti müzakirə ediblər” adlı xəbərdə Rusiya sülhməramlı kontingentin iştirakı ilə Azərbaycan qurumlarının nümayəndələri yerlərdə iş apardıqları, Azərbaycan tərəfinin Üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsi ilə bağlı meydana gələn sualların prioritet əhəmiyyət kəsb etdiyi barədə nazir Ceyhun Bayramovun şərhi çap olunub.

Qeyd edək ki, səfər ilə əlaqədar xəbərlər həmçinin Moldovanın DOSARMEDİA.MD, NOİ.MD, REALİTATE. MD saytlarında geniş yayımlanıb.

Dərc olan xəbərlərlə aşağıdakı linklərdən daha ətraflı tanış olmaq mümkündür.

https://point.md/ru/novosti/v-mire/mid-azerbaidzhana-tretii-raund-mirnykh-peregovorov-s-erevanom-mozhet-proiti-v-dekabre/

https://www.jurnaltv.md/news/ee18aa9bcb2f4b93/ministrul-de-externe-al-azerbaidjanului-pozitia-noastra-privind-normalizarea-relatiilor-cu-armenia-este-consecventa.html

https://rupor.md/glavy-mid-azerbajdzhana-i-rossii-obsudili-ekologicheskuyu-situacziyu-v-karabahe/

https://dosarmedia.md/a-treia-runda-de-negocieri-privind-proiectul-tratatului-de-pace-dintre-armenia-si-azerbaidjan-ar-putea-avea-loc-pana-la-sfarsitul-anului/

https://noi.md/ru/raznoe/nazvany-veroyatnye-sroki-mirnyh-peregovorov-azerbajdzhana-i-armenii

https://realitatea.md/ministrii-de-externe-ai-azerbaidjanului-si-rusiei-au-discutat-despre-situatia-mediului-in-karabah/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR