Onlayn ictimai-siyasi qəzet
Düz iki il əvvəl, 2022-ci ilin aprel ayının 6-da Rusiyanın bütün tarixinin ən qalmaqallı siyasətçisi Vladimir Jirinovski vəfat etdi. Lakin vəfat etmiş digər siyasətçilərdən fərqli olaraq bu həyatda olmadığı müddətdə də onun adı müntəzəm olaraq xəbərlərdə görünür, media və sosial şəbəkə istifadəçiləri siyasətçinin proqnozlarını təkrar-təkrar müzakirə edir. Onun Ukrayna və Yaxın Şərqdəki münaqişələri, Qazaxıstandakı gərginliyi və bir çox başqa hadisələri əvvəlcədən proqnozlaşdırdığı artıq faktdır.
Hələ 2019-cu ildə Volodimir Zelenski prezident seçiləndə LDP sədri bəyan etmişdi ki, bu Ukraynada sonuncu prezident seçkisi olacaq. Məlumdur ki, müharibə səbəbindən Ukraynada prezident seçkisi qeyri-müddətə təxirə salınıb.
2021-ci ilin dekabrında siyasətçi fevralın 22-də Rusiyanı yenidən böyük ölkəyə çevirəcək hadisə baş verəcəyini demişdi. Rusiya prezidenti Vladimir Putinin 2022-ci il fevralın 24-də səhər tezdən Ukraynada xüsusi əməliyyatın başlanmasını elan etdi.
O, həmçinin deyib ki, Ukrayna ərazilərinin bir hissəsini itirəcək və onun bir neçə regionu Rusiyanın tərkibinə daxil olacaq. LDPR lideri bildirib ki, Krım artıq geri qayıdıb və növbəti sırada Xerson, Nikolayev, Zaporojye, Luqansk, Dnepropetrovsk, Xarkov, Odessa gəlir.
Ölümündən bir neçə ay əvvəl Liberal Demokrat Partiyasının lideri ABŞ-da prezident seçkilərinin olmayacağını, Amerikanın millətlərarası münaqişələr səbəbindən SSRİ kimi dağılacağını iddia etmişdi.
2020-ci ilin sonunda Jirinovski 2024-cü ildə Rusiyada keçiriləcək seçkilərlə bağlı da proqnoz veribmiş. O, ölkənin hazırkı prezidenti Vladimir Putinin dövlət başçısı postuna namizədliyini irəli sürəcəyini, lakin qərarını 2023-cü ilin sonundan tez elan edəcəyini bildirib. Və belə oldu - Vladimir Putin qərarını 2023-cü ilin dekabrında elan etdi. Jirinovski Putinin seçkilərdə iştirak etmədiyi təqdirdə nələrin baş verəcəyi ilə bağlı da proqnoz veribmiş. Belə olan halda, LPRD lideri hesab edirdi ki, “Kremldən tamamilə yeni bir adam peyda olacaq”.
2021-ci ilin əvvəlində Jirinovski bildirib ki, Ermənistanda böyük təlatümlər baş verəcək. Jirinovski deyibmiş ki, “Ermənistanda hərbi çevriliş olacaq, baş nazir Nikol Paşinyan ya xaricə qaçacaq, ya da Amerika səfirliyində gizlənəcək”.
Jirinovski Yaxın Şərqdə qanlı silahlı münaqişənin alovlanacağı, münaqişənin kəskinləşəcəyini və hər kəsin Ukraynadakı vəziyyəti unudacağını iddia etmişdi.
2023-cü ilin oktyabrında HƏMAS yaraqlıları Qəzza zolağından İsrailə soxularaq musiqi festivalında terror aktı törətdi. Bundan sonra başlayan müharibə hələ də davam edir.
Bir çox tədqiqatçılar Jirinovskinin “proqnozlarında” mistik heç nə olmadığını deyirlər. İddia olunur ki, Jirinovski dünyada baş verən hadisələri ciddi təhlil edirdi və sanballı məlumat bazasına malik olduğu üçün ayrı-ayrı hadisələrin necə inkişaf edə biləcəyini proqnozlaşdıra bilib...
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ