İnsanlara hürriyət, millətlərə istiqlal!

Çerçesovun qalmaqalı cavabı “İlin uğursuzları” arasında yer alıb

Qazaxıstanın futbol üzrə milli komandasının baş məşqçisi Stanislav Çerçesovla bağlı Qazaxıstan cəmiyyətində rezonans doğuran qalmaqallı insident Rusiyanın “Ball Production” YouTube kanalının versiyasına görə 2024-cü ilin 10 futbol uğursuzluğu siyahısında 9-cu yeri tutub.

Musavat.com xəbər verir ki, bu barədə Sports kz məlumat yayıb.

Qalmaqal Millətlər Liqasının oyunları çərçivəsində baş tutan Qazaxıstan-Sloveniya matçından sonra Çerçesovun keçirdiyi mətbuat konfransında baş verib. Jurnalistlərdən biri rusiyalı mütəxəssisə qazax dilində sual verib. Baş məşqçisi isə onun sualını sualla cavablandırıb: “Sən indi fransızca danışırsan?”

Bu hadisə ictimai rezonansa səbəb olub. İctima fəallar futbol mütəxəssisinin bu sözlərini qazax dilinə və millətinə həqarət kimi dəyərləndiriblər. Bu məsələ hətta Qazaxıstan Respublikasının parlamentində də müzakirə olunub. Daha sonra Qazaxıstanın Futbol Federasiyası milli komandanın çalışdırıcısının cərimələndiyi barədə məlumat yayıb.

Bir çoxları hələ də bu fikirdədir ki, o sözündən sonra Çerçesov komandadan qovulmalıydı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR