İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi koreyalıların yaş sistemi dəyişdi, indi onlar 2 yaş daha gəncdir  

Cənubi Koreya ənənəvi yaş saymaq sistemindən imtina edərək, onu beynəlxalq səviyyədə qəbul edilmiş üsulla əvəz ediblər. Bununla da ölkə vətəndaşları birdən-birə bir-iki yaş cavanlaşıb.

Musavat.com xarici mediaya istinadən bildirir ki, Cənubi Koreyada ölkənin ənənəvi sayma metodunun beynəlxalq səviyyədə istifadəsini tələb edən yeni qanunun qüvvəyə minməsi ilə koreyalılar bu gün bir və ya iki il cavanlaşıblar. 

Qeyd edək ki, koreyalıların ənənəvi yaş sisteminə görə insanlar doğulanda bir yaşında sayılır və yanvarın 1-də onların yaşına bir il də əlavə olunur. 

Bu o deməkdir ki, dekabrın 31-də doğulan körpə yanvarın 1-də iki yaşında olur.
Xatırladaq ki, Cənubi Koreyayda bu ənənəvi üsuldan 1960-cı illərin əvvəllərindən  istifadə edilirdi.


Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR