İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreyada COVID-19 məhdudiyyətləri ləğv edilib

Cənubi Koreya COVID-19 virusu ilə mübarizə çərçivəsində 2020-ci ilin əvvəlindən tətbiq etdiyi qadağa və məhdudiyyətləri ləğv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə qərarı Prezident Yun Sok Yol operativ qərargahın iclasında açıqlayıb. Qərara əsasən, COVID-19 virusunun “ciddi xəstəlik” statusu “xəbərdarlıq” səviyyəsinə endirilib. Bu, virusa yoluxanları 7 günlük məcburi karantinə cəlb olunmaqdan azad edir, əvəzində 5 günlük könüllü özünütəcrid tövsiyə olunur. Bundan başqa, qapalı məkanlarda qoruyucu maska taxmaq qaydası da ləğv olunub.

Qeyd edək ki, mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ictimai səhiyyədə beynəlxalq narahatlıq yaradan COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan edib. Bu, o deməkdir ki, ölkələr xüsusi karantin rejimindən COVID-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilərlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR