İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cənab Xudinyan, gülmək vaxtı gələcək” - Baqrat ƏSƏBİLƏŞDİ

Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan yerli polisin zorakılıq tətbiq etməsindən şikayətlənib.

Musavat.com xəbər verir ki, o, erməni polisləri cinayətkar adlandırıb.

Arxiyepiskop bütün bunları deyəndə Ermənistanın Patrul Xidmətinin rəhbəri Artur Xudinyan gülüb.

“Gülürsən, cənab Xudinyan, gülməyin vaxtı gələcək. Necə istəyirsənsə, gül, fərq etməz”, - deyə keşiş qeyd edib.

Bundan sonra Patrul Xidmətinin rəisi Qalstanyana qəzəblə üz tutaraq “Yanımda dayanan şəxslə söhbət edirəm, amma mənə ilişirsən”, - deyə bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR