İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çelsi”nin satışından əldə etdiyi pullar Ukraynaya gedir

Roman Abramoviçin “Çelsi”nin satışından əldə etdiyi pullar Ukraynaya yönəldilir.

Musavat.com xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Britaniya hökuməti bu məbləği dərhal köçürməyə hazırdır, lakin Avropa İttifaqından yekun razılıq alınmalıdır.

Xatırladaq ki, ötən ilin ortalarında oliqarx Roman Abramoviç “Çelsi” futbol klubunu amerikalı iş adamı Todd Bouliyə 4,25 milyard funt-sterlinqə satıb. Bütün proses dövlət tərəfindən idarə olunub. Britaniya rəsmiləri Abramoviçin sövdələşmədən heç nə almayacağına dair təminat tələb ediblər. Klubun satışından sonra nağd pul sanksiya hesabında saxlanılıb.

Lakin “The Telegraph”ın informasiyasına görə, Britaniya rəsmiləri Ukraynaya “ən böyük xeyriyyə ianəsi” ola biləcək bu satışla bağlı sənədləşmə işlərini yekunlaşdırmaq üzrədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR