İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlilabadda üç gün əvvəl ölmüş kişinin meyiti TAPILDI

Cəlilabad rayonunda evdə meyit aşkar olunub.

Musavat.com "Report"a istinadən xəbər verir ki, rayonunun Göytəpə şəhər sakini 1972-ci il təvəllüdlü Aydın Hüseynağa oğlu Ağayevin cansız bədəni qonşuları tərəfindən yaşadığı ünvanda tapılıb.

Məlumata görə o, evdə tək qalırmış. Onun 3 gün əvvəl öldüyü güman edilir.

Meyit müayinə olunması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR