İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlilabadda hakim onunla mübahisə edən şəxsi həbs etdirdi

Cəlilabad rayon Məhkəməsinin binasına hakim Elxan Əmirəliyevlə mübahisə edən şəxs həbs olunub.

Qaynarinfo-nun məlumatına görə, 1991-ci il tarixdə Cəlilabad rayonu, Muğan kəndində doğulmuş Zabil (ad şərti) tanışı Raci adlı şəxsin iddiasına hakim Elxan Əmirəliyev tərəfindən imtina verildiyi üçün məhkəməyə gedib.

O, Elxan Əmirəliyevin köməkçisinə bildirib ki, qarşı tərəfin şəxsiyyət vəsiqəsinin surətinə görə iddiadan imtina edilə bilməz. Köməkçi isə ondan çölə çıxmağı tələb edib. Zabil buna etiraz edərək bildirib ki, otağı onlara dövlət verib, məhkəmə özəl yer deyil. Həmin vaxtı səsə hakim çıxıb və Zabilə bildirib ki, gedib dəftərxanaya müraciət etsin. Bu zaman Zabil hakimdən "vətəndaşları niyə süründürürsüz" deyə sorşub.

Məhkəmə iclasında Elxan Əmirəliyevin köməkçisi bildirib ki, Zabil onların iş otağına daxil olaraq, özünü media nümayəndəsi kimi təqdim edib və yüksək səslə hakim Elxan Əmirəliyevin ünvanına fikirlər səsləndirib. Təqsirləndirilən şəxs hakimin cəzalandırlacağını yüksək səslə bildirib. Həmin vaxtı məhkəmə inzibati binasına proseslərlə bağlı gəlmiş digər şəxslər də olub. Məhkəmənin iş rejimi 30 dəqiqədən çox pozulub. Nəhayət hakim otağından çıxaraq səs-küyün dayandırılmasını tələb etsə də, Zabil buna məhəl qoymayıb və nəticədə hakim mühafizənin dəvət edilməsini və hadisəni aktlaşdırılmağı tapşırıb.

Məhkəmənin qərarı ilə, Zabil İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 12 gün müddətinə inzibati həbs edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR