İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəbhədə nə baş verir: son durum - Hərbi analitiklə CANLI

Hərbi ekspertlərin fikrincə, 10 noyabr bəyanatı tam icra olunmayana qədər müharibə ehtimalı hər zaman aktualdır. Hərbi əməliyyatların nə zaman başlayacağı və əməliyyatın miqyası haqda konkret fikir söyləmək mümkün deyil. Amma bu gün Ermənistan Müdafiə Nazirliyinin birinci əlahiddə ordusunun hərbi birləşmələri Qarabağ ərazisində mövcuddur, onlar ərazini tərk etməyiblər. Lakin sentyabradək çıxacaqlarını açıqlayıblar. Ancaq bu da yetərli deyil, “artsax ordusu” da tərki-silah olmalıdır. Bir sözlə, bu vəziyyətdə əsəblər tarıma çəkilib.

Müdafiə Nazirliyi isə sosial şəbəkələrdə 44 günlük müharibədən kadrları təkrar-təkrar yayaraq əhalidə çaşqınlıq yaratmamağa çalışıb. Amma bu da faktdır ki, düşmən təxribata əl atır, Kəlbəcər, Laçın istiqamətində mövqelərimizi atəşə tutur, müdafiə naziri Zakir Həsənov isə xidməti müşavirədə generallara təxribatların qarşısını qətiyyətlə almağı əmr edir. Bəs, nə baş verir? Proses hara gedir?
TVMusavat-ın saat 15:00-da canlı efirində “Həftə içi”nin qonağı hərbi analitik Ramil Məmmədli ilə cəbhədə nə baş verdiyini müzakirə edirik:

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR