İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğludan VACİB AÇIQLAMA: "Biz oranı İŞİD və PKK-dan təmizlədik"

“Gözümüz Suriya torpaqlarında deyil, terrorla mübarizə üçün buradayıq”.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın paytaxtı Moskvada Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması üçün keçirilən dördtərəfli (Türkiyə, Rusiya, İran və Suriya) Suriya zirvəsini dəyərləndirərkən deyib. 

Çavuşoğlu sərhəd və ərazi bütövlüyü vurğusunun ön plana çıxdığını, Türkiyənin terrorla mübarizə çərçivəsində Suriyaya getdiyini vurğulayıb: “Biz oranı İŞİD və PKK-dan təmizlədik”.

Türkiyəli nazir prosesin davam edəcəyini qeyd edib: “Ölkəmizdəki qaçqınların təhlükəsiz qayıtmasını müzakirə etdik. Yol xəritəsi yaradılacaq. Suriyalıların geri qayıtması üçün addımlar atılıb”.

Çavuşoğlu bildirib ki, Moskvada keçirilən Suriya üzrə dördtərəfli xarici işlər nazirləri toplantısında terrorizmlə mübarizədə əməkdaşlıq, geri dönüş üçün infrastrukturun təmin edilməsi, siyasi prosesin inkişafı və Suriyanın ərazi bütövlüyünün qorunması sahəsində əməkdaşlığın zəruriliyi vurğulanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR