İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu və Soylu seçkilərdə SƏS VERDİLƏR: "Xalqın iradəsinə güvənirik"

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə prezident və deputat seçkiləri keçirilir. Səsvermə bütün ölkə üzrə yerli vaxtla saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.

Musavat.com Türkiyə mediasına istinadən bildirir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylu da prezident, həmçinin parlament seçkilərində səs veriblər.

M. Çavuşoğlu Antalya, S. Soylu isə İstanbuldakı seçki məntəqəsində səs verib. Türkiyəli nazirlər xalqın iradəsinə güvəndiklərini vurğulayıblar.

Qeyd edək ki, prezidentlik uğrunda 3 namizəd - hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan mübarizə aparır.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlamentə daxil olmaq üçün isə 24 siyasi partiya və 151 müstəqil deputat namizədi yarışır.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR