İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlu rusiyalı həmkarı Lavrovla gündəmə çevrilən məqamdan danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 10-da Antalyada keçirilən görüşdən sonra fotosessiya zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla aralarında gərginlik yaşanması barədə iddialara münasibət bildirib.

Onun sözlərinə görə, iddialar həqiqəti əks etdirmir, həmkarlar sadəcə bir-birləri ilə zarafat ediblər. Belə ki, durduqları xəttin üstündə nöqtələr olub, onlar həmin nöqtələri bir-birlərinə göstəriblər. Çavuşoğlunun durduğu yerdə xəttin üstündə sarı işarə olub, Lavrov da bunun səbəbini soruşub. Bu səbəbdən də gülüblər.

“Zarafatlaşırdıq, problem yoxdur”, - deyə Çavuşoğlu bildirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR