İnsanlara hürriyət, millətlərə istiqlal!

CAR İsrailin aparteid dövləti elan olunmasını tələb edəcək

Cənubi Afrika Respublikası (CAR) İsraili aparteid dövləti kimi tanımaq üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Cənubi Afrikanın News24 portalı ölkənin xarici işlər naziri Naledi Pandora istinadən məlumat yayıb.

Pandor qeyd edib ki, CAR və Fələstin İsraili aparteid dövləti elan etmək üçün Fələstin məsələsini Beynəlxalq Cinayət Məhkəməsi [ICC] və Beynəlxalq Ədalət Məhkəməsi qarşısında təqdim etməkdən ötrü praktiki strategiyalar formalaşdırmaq üzərində işləyir. 

Bundan əvvəl Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa BCM-ni Fələstin-İsrail münaqişəsi zamanı törədilmiş hərbi cinayətlərlə bağlı araşdırma açmağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR