İnsanlara hürriyət, millətlərə istiqlal!

“Camdaki kız”ın aktyoru toyunda ağladı - VİDEO

Burcu Biricikin baş rolda çəkildiyi "Camdaki kız" serialında canlandırdığı "Sedat Koroğlu" obrazı ilə yadda qalan məşhur aktyor Feyyaz Şerifoğlu ötən gün sevgilisi - xəbər aparıcısı Merve Dinçkolla evlənib.

Musavat.com xəbər verir ki, Feyyazın anası oğlunun bu sevincli günündə göz yaşlarını saxlaya bilməyib.

Gəlin də "hə" deməzdən əvvəl ağlayıb.

Nikah məmuru Merve Dinçkoldan 2018-ci ildə itirdiyi atasının adını soruşduqda duyğulu anlar yaşanıb. Atasının adını deyən gəlin ağladığında Feyyaz Şerifoğlu həyat yoldaşının çiynindən öpərək sakitləşdirib.

Feyyaz da "hə" dediyi anlarda göz yaşını saxlaya bilməyib.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR