İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütün dünya Putinə qarşıdır? - Yeni SORĞU

Rusiyanın Ukraynada başlatdığı savaşdan sonra ölkə rəhbərliyindən narazılıq son 15 ilin maksimum həddinə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə "Gallup" Sosioloji Araşdırma Mərkəzinin məlumatında deyilir.

2022-ci ildə dünyanın 137 ölkəsindən respondentlərin 57%-i Rusiyanın fəaliyyətini bəyənmədiyini bəyan edib. Bu da bir il əvvəlkindən 18% çoxdur. Əvvəlki ən yüksək narazılıq (38%) Krımın ilhaqından sonra qeydə alınıb.

Dünyanın 81 ölkəsində Rusiya rəhbərliyinin fəaliyyəti mənfi şəkildə dəyərləndirilib. Burada təbii ki, Ukrayna (96%), Polşa (95%) və ABŞ (93%) daha çox önə çıxıb. Avropada bu rəqəm 85%, Amerika qitəsində 63%, Asiyada 52%, Afrikada 34% civarında olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR