İnsanlara hürriyət, millətlərə istiqlal!

Bursada "Türkiyə-Azərbaycan qardaşlıq buluşması"... - FOTOLAR, VİDEO

Mayın 2-də Türkiyənin Bursa şəhərində "Türkiyə Sənətçilər Birliyi"nin təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan qardaşlıq buluşması" adlı tədbir keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə Azərbaycandan bir qrup sənətçi, millət vəkili və jurnalistlər iştirak edib.

Qeyd edək ki, "Türkiyə Sənətçilər Birliyi" Türkiyədə fəaliyyət göstərən olan bir təşkilatdır. Bu təşkilatın Bursa şəhər başqanı azərbaycanlı jurnalist Günay Ardadır.

Tədbirdə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasından Həsən Həsənov, millət vəkili Arzu Nağıyev, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Beynəlxalq Araşdırmalar Mərkəzindən Şahmar Hacıyev, Azərbaycan Televiziyasından Elçin Musaoğlu, Qarabağ qazisi Vasif Dilavərzadə , sənətçilər Çinarə Məlikzadə, Aynişan Quliyeva iştirak ediblər.

"Türkiyə Sənətçilər Birliyi" bu tədbiri Türkiyənin yerli media orqanı olan EnBursa.com ilə birlikdə həyata keçirib.

 

Musavat.com

08d3d4fd-82c0-4c2a-8aee-4ba131deffe6.jpg (193 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR