İnsanlara hürriyət, millətlərə istiqlal!

“Buna qətiyyən yol vermək olmaz, işğala məruz qalan Azərbaycandır!”- Akif Nağı  

“Ermənistan rəsmilərinin sözlərinə deyil, hərəkətlərinə fikir verməliyik. Bunlar hələ ki, verdikləri sözləri tutmayıblar”.

Azad Vətən Partiyasının sədri Akif Nağı bunu Musavat.com-a, Ermənistan hökumət başçısı Nikol Paşinyanın son günlər bir-birinə zidd mövqeyini şərh edərkən söyləyib.

Partiya sədri qeyd edib ki, Paşinyanın açıqlamaları məğlubiyyətin etirafı kimi görünə bilər: “O, Azərbaycanın regionda hakim mövqeyini, haqlı olduğunu qəbul edir. Bunları müsbət tendensiya kimi dəyərləndirmək olar. Amma təhlükəli məqamları yaddan çıxarmaq olmaz. Həmçinin ermənilərin sözünə, hətta imzasına inanmalı deyilik. Müxtəlif bəhanə və təxribatlarla istənilən an prosesdən çıxa bilərlər”.

A.Nağı xatırlatdı ki, Ermənistan rəhbərliyi bəzi lüzumsuz məqamları qabartmağa cəhd edir: “Məsələn, Ermənistanın ərazi bütövlüyünü əsas məsələ kimi gündəmə gətirmək istəyirlər. Bununla Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı məsələni arxa plana keçirmək niyyəti güdürlər. Buna qətiyyən yol vermək olmaz, işğala məruz qalan Azərbaycandır!”

AVP sədrinin mövqeyi belədir ki, mövcud durumda diqqətin əsas məsələdən yayındırılmasına imkan verməməliyik: “Azərbaycan Prezidenti bu məqamları aydın şəkildə görür, ona görə də açıq mesajlarını verir. Bu mesajların mahiyyəti isə ondan ibarətdir ki, ermənilər vaxtı uzatmadan sülh müqaviləsini imzalamalıdır. Ermənistan rəhbərliyi mövqeyində səmimidirsə, ləngimədən bu addımı atmalıdır”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR