İnsanlara hürriyət, millətlərə istiqlal!

Buğda sürətlə ucuzlaşır: Bazarda bolluqdur

Dünya bazarında buğdanın qiymətində Rusiyanın Taxıl sazişindən çıxmasından sonrakı günlərdə müşahidə olunan bahalaşma kəskin ucuzlaşma ilə əvəz olunub. Musavat.com xəbər verir ki, Çikaqo əmtəə birjasında buğdanın sentyabr fyuçerslərinin qiyməti Taxıl sazişinin dayandırılması məlumatı yayılan ərəfədəki səviyyəyə düşüb.

Taxıl sazişi dayandırılan gün - iyulun 17-də buğdanın bir buşeli 6,54 dollar təşkil edirdi. Səhəri gün bu göstərici 6,7 dollara, sonrakı günlərdə bahalaşma davam edərək iyulun 25-də 7,6 dollara qədər yüksəldi. Lakin ondan sonra qiymətlər sabitləşməyə, daha sonra isə azalmağa başladı. İyulun 28-də bir buşel buğdanın qiyməti 7,4 dollar, 31 iyulda isə 6,66 dollar təşkil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR