İnsanlara hürriyət, millətlərə istiqlal!

Budanov: Krım körpüsü fəaliyyətini dayandırmalıdır

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov ruslar tərəfindən qanunsuz tikilən Krım körpüsünün 2024-cü ildə fəaliyyətini dayandıracağına “inanmaq istəyir”.

Musavat.com xəbər verir ki, onun fikrincə, bu, Rusiya lideri Vladimir Putin üçün faciə olmayacaq. Baş Kəşfiyyat İdarəsinin rəisi bu barədə telemarafonda müsahibəsində danışıb.

Jurnalist Krım körpüsünün dağıdılmasının Rusiyanın taktiki nüvə silahından istifadə etməsinə səbəb olub-olmayacağı ilə bağlı sual verib.

“Yaxşı, biz yenidən 2022-ci ilə qayıdırıq. Putin Krım körpüsünün itirilməsini qəbul etməyə hazırdırmı? Onun nəyə hazır olub-olmaması kimin vecinədir? Obyektiv reallıq var”, - deyə Budanov cavab verib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR