İnsanlara hürriyət, millətlərə istiqlal!

Buçada qazax yurtu - Kremlin əndişəsi, Qazaxıstanın təkzibi

Qazaxıstanın Xarici İşlər Nazirliyi qazax diplomatların Ukraynanın rus işğalından azad edilən Buça şəhərində qurulmuş “məğlubedilməzlik yurtu”nun təşkilində iştirakını təkzib edib.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bu barədə danışaraq belə deyib: "Qazaxıstan hakimiyyətinin Ukraynanın Buça şəhərində “məğlubedilməzlik yurtları”nın quraşdırılması ilə heç bir əlaqəsi yoxdur".

Qeyd edək ki, bundan əvvəl Buça şəhər şurasının saytında belə bir xəbər verilib: “Qazaxıstan Respublikasının Ukraynadakı səfirliyinin və Ukrayna-Qazaxıstan parlamentlərarası əlaqələr qrupu sədrinin dəstəyi sayəsində Buçada ”məğlubedilməzlik yurtu" peyda oldu".

Rusiya Xarici İşlər Nazirliyinin yanvarın 10-da verdiyi məlumata görə, Qazaxıstan tərəfi Rusiya tərəfini əmin edib ki, Ukraynanın Buça şəhərində Qazaxıstan Xarici İşlər Nazirliyinin iştirakı ilə keçirilən aksiya ilə bağlı KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil.

"Səfirlik iştirak etməyib, bu, yalnız Qazaxıstanın özəl şirkətlərinin təşəbbüsüdür", - Smadiyarov çərşənbə günü jurnalistlərə bununla bağlı sualı cavablandırarkən deyib.

Dünən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Rusiya-Qazaxıstan strateji tərəfdaşlığına və müttəfiqliyinə xələl gətirməməkdən ötrü bu mövzunun uzanmasının qarşısını almaq üçün dostlarımızın rəsmi şərhi  bu spekuliyasiyalara nöqtə qoyardı.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR