İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu yolda Ermənistanın mindən çox yük maşını gözləyir

Təxminən 1,1 min erməni yük maşını Şimali Osetiya yol-nəqliyyat keçid məntəqəsində elektron növbədən keçmək üçün gözləyir.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd olunur ki, saxlanılan yük maşınlarının ümumi sayı 4035-dir ki, onlardan 1163-ü Ermənistana aiddir. Bundan başqa, yaşıl zonada, Yuxarı Lars beynəlxalq keçid məntəqəsində müxtəlif ölkələrdən gələn 300-ə yaxın ağır yük maşını var.

Gürcüstan Hərbi Yolu Rusiyanı Ermənistanla birləşdirən yeganə quru yol sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR