İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu yol yenidən qurulub - Video

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Neftçala-Kürkənd-2 N-li Mayak avtomobil yolunu yenidən qurub.

Musavat.com bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, Neftçala rayonunun 3 yaşayış məntəqəsini əhatə edən, 19 km uzunluğa malik avtomobil yolu uzun müddət idi ki, istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir edilmirdi. Bu üzdən mövcud örtükdə artıq deformasiyalar yaranmışdı. Bu isə normal hərəkətin təşkili üçün problemlərə səbəb olurdu.

Belə ki, avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Bunun üçün yolboyu torpaq, qazma, yolun profilə salınması işləri görülüb. Yol yatağı hazır olan hissələrdə isə normativ qalınlıqda yol əsasının alt və üst layının tikintisi işləri aparılıb. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsi isə 6 metrdir.

Mövcud borular yararsız olduğu üçün “İnşaat Norma və Qaydaları”na əsasən yolboyu suların ötürülməsini təmin etmək məqsədi ilə yenilərinin quraşdırılması, boru başlıqlarının tikilməsi işləri də görülüb. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.

Tikinti işlərinin sonunda hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriciləri quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilib.

Layihə üzrə sadalanan işlərin icrası ilə yolboyu müasir infrastruktur yaradılıb. Bu isə 3 yaşayış məntəqəsinin 20 mindən artıq əhalisinin rahat gediş-gəlişinə səbəb olub, yük və sərnişin daşıması asanlaşıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR