Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan ən qədim insan məskənlərindəndir. Azixantrop azərbaycanlıların əcdadıdır”
Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qədim insan məskənlərinin mühafizəsi: Təhdidlər və müasir yanaşmalar” adlı beynəlxalq elmi-praktiki konfransda deyib.
“Azıx mağarasında qazıntılar zamanı hələ 60-cı illərdə kömür qırıntıları tapılıb. Azıxantrop odu ilk kəşf edənlərdəndir. Həm digər yaşayış məskənlərimizdə daş baltaların, çapacaq alətlərin tapılması qədim dövrdə insanların yaşamasının sübutudur. Qobustanda kömürlə divarlara çəkilmiş xəttlər azıxantropun dünyaya baxışını, yaşayış tərzini öyrənməyə imkan verir. Bu konsfrans mədəni irsinizi dünya alimləri ilə birlikdə öyrənmək üçün fürsətdir”,-deyə İsa Həbibbəyli bildirib.
Könül İbrahim
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ