Onlayn ictimai-siyasi qəzet
“Keçən ilin 10 ayı ərzində Rusiyadan ölkəmizə 10 min ton toyuq əti gətirilib, damazlıq və yumurtalıq toyuq. Bunlar bizə qida dəyərini itirmiş toyuq kimi gətirilib. Ölkəmizdə damazlıq toyuqlar broyler adı ilə, yumurtalıq toyuqlar isə "kənd toyuğu" adı ilə satılır”.
Bu fikirləri Musavat.com-a qida mütəxəssisi Yusif Həkim bildirib. “Məsələ bu toyuqların istehlak üçün istifadəsinin ziyanından getmir. Beynəlxalq standartları bilən şəxslər məlumatlıdır ki, "food safety" və "food fraud" ayrı terminlərdir. Məsələ əsasən "food fraud" terminini əhatə edir. Amma qida təhlükəsizliyi məsələsi də bütün qidalarda olduğu kimi bu toyuqlarda da risk olaraq qalır. Rusiyada 25% qiymət artımına, 160 min ton toyuq ətinin idxal rüsumundan azad edilməsinə və ixracın 6 ay məhdudlaşdırılmasına baxmayaraq keçən ilin 10 ayı ərzində ölkəmizə Rusiyadan 10 min tondan çox "toyuq əti" ixrac edilib. Görəsən bu toyuqlar bu qədər xeyirlidirsə, niyə Rusiya öz daxili bazarını onunla təmin etmirdi?”, deyə mütəxəssis əlavə edib.
Yusif Həkim bildirib ki, 100-dən çox araşdırmada yumurtadan kəsilən toyuqların əsasən hansı məqsədlə istifadə edildiyi açıqlanıb: “Qısa olaraq bildirim ki, yumurtadan kəsilən toyuqlar əsasən kompost və heyvan yemi (renderinq prosesindən sonra) kimi istifadə edilir. Bunun insan üçün nə dərəcədə zərərli olduğunu özünüz təsəvvür edin”.
Afaq Mirayiq,
Musavat.com
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ