İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu taksi şirkəti qiymətləri ARTIRDI

"Bolt" taksi şirkətində qiymətlər 9 faiz artıb.

Qəbul edilmiş yeni qərara əsasən buraxılış ili 15 ildən artıq olan nəqliyyat vasitələrinin taksi minik avtomobilləri ilə sərnişin daşımlarda istismarı qadağandır.

Musavat.com bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Bolt" taksi şirkətindən bildirilib.

Bildirilib ki, qəbul edilmiş yeni qərara əsasən buraxılış ili 15 ildən artıq olan nəqliyyat vasitələrinin taksi minik avtomobilləri ilə sərnişin daşımlarda istismarı qadağandır.

"Bu səbəblə ili daha kohne olan nəqliyyat vasitələrini mərhələli şəkildə sistem üzərində sifarişlərin verilməsi dayandırılır. Qeyd olunan proses davam edəcək. Əlavə olaraq qeyd edirik ki, sistemdə sifarişlər tələb təklif əsasinda formalaşır. Amma hazırda nəqliyyat vasitələrinə sifarişlərin verilməsinin dayandırılması qiymətlərin artmasına təsir göstərməmişdir. Bir daha bütün sürücülərə bildirmək istərdik ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırsınlar. Əks təqdirdə həmin nəqliyyat vasitələrinin sahiblərinə BOLT tərəfindən sifariş göndərilməyəcək. Buraxılış ili 15 ilə qədər olan nəqliyyat vasitələrini sahibi AYNA-ya müraciət edərək buraxılış kartı alsınlar. Mövcud tələblə bağlı qərar hazırda quvvədədir. 01.iyul 2024-cü il tarixindən etibarən yalnız buraxılış ili 8 ilə qədər olan nəqliyyat vasitələrinə buraxılış kartı veriləcəkdir", - deyə əlavə edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR