İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu sosial şəbəkə ABŞ-də qadağan oluna bilər

Elon Mask bildirib ki, ABŞ vitse-prezidenti və Demokratlar Partiyasının namizədi Kəmalə Harris ən yüksək posta seçilərsə, səlahiyyətli şəxslər X tətbiqinin ləğvini tələb edəcək.

Musavat.com xəbər verir ki, E.Mask Braziliyanın Federal Ali Məhkəməsinin saxta hakimi Alexandre de Morais “Apple” və “Google”-u Braziliyada X-i silməyə məcbur edir. ABŞ-nin vitse-prezidenti Kəmalə Harris dövlət başçısı vəzifəsinə seçilərsə, bu burada da (red: ABŞ)baş verəcək”, deyə o X-də yazıb.

X avqustun 17-də işçilərinə təhdidlər səbəbindən Braziliyadakı nümayəndəliyini bağladığını elan etdi. Şirkət ölkənin Federal Ali Məhkəməsinin hakimi Alexandri di Morais-dən məxfi əmr aldığını və nümayəndəliyin hüquq məsləhətçisini müəyyən hesabların bloklanması əmrinə əməl etmədiyi təqdirdə onu həbslə hədələdiyini iddia edib. Daha sonra Di Morais “X”-dəki məhkəmə səhifəsində bir çağırış göndərdi və Maska 24 saat ərzində ölkədə yeni qanuni nümayəndə təyin etməyi tövsiyə etdi, sahibkara məxsus Starlink Holdinqin Braziliyadakı hesabları da bloklandı. İş adamı özü bu qərarı qanunsuz adlandırıb.

Avqustun 30-da braziliyalı hakim “texnoloji fəndlərdən” istifadə edən və X-dən istifadə etməyə davam edən şəxslərə və şirkətlərə gündəlik 50.000 real (təxminən 9.000 dollar) məbləğində cərimə kəsdi.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR