İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şirkət Trampla Aİ arasındakı gərginlikdən qazanc götürməyə çalışır

Fransanın "TotalEnergies" şirkəti Amerika maye qazının Avropaya tədarükünü artırmağa kömək etməyə hazırdır.

Musavat.com "Financial Times"a istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Patrik Puanye deyib.

O, bunun üçün Brüsseli ABŞ-la uzunmüddətli tədarük müqaviləsi bağlamağa, həmçinin enerji təhlükəsizliyini təmin etmək üçün belə müqavilələrə zəmanət verməyə çağırıb.

Puanyenin sözlərinə görə, Avropa şirkətləri üçün daha əlverişli lisenziya rejimi təmin edən saziş ABŞ prezidenti Donald Trampın Aİ ölkələrinə daha çox Amerika neft və qazı satmaq istəyini təmin edəcək.

Hazırda Avropaya ixrac lisenziyaları mütəmadi olaraq yenilənməlidir, eyni zamanda ABŞ-la ticarət müqavilələri olan ölkələrə ixrac lisenziyaları avtomatik və daha uzun müddətə verilir.

Rəhbərlik etdiyi şirkət ABŞ-dan ən böyük enerji ixracatçısı olan Puanye həmçinin qeyd edib ki, Avropa Amerika LNG-sinin fasiləsiz tədarükünə zəmanət almalıdır, çünki qazın qiyməti qalxarsa, ABŞ onun ixracını məhdudlaşdıra bilər:

"Tramp Avropaya daha çox enerji satmaq istəyir. "Total" əsas oyunçulardan biridir. Mən Avropaya daha çox enerji verməyə hazıram".

Qeyd edək ki, ABŞ prezidenti dəfələrlə Avropa ölkələrini tariflərdən yayınmaq üçün ABŞ-dan daha çox neft və qaz almağa çağırıb. Puanyenin dedikləri Fransa şirkətinin bu vəziyyətdən yararlanmaq istəyindən xəbər verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

10 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR