Onlayn ictimai-siyasi qəzet
Bəzi şəxslərin ödədiyi vergi dörd dəfə azaldıldı.
Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikrosahibkarların əldə etdikləri gəlirlərin 75 faizi hər hansı şərt tətbiq edilmədən vergidən azad edilib. Bu barədə millət vəkili Vüqar Bayramov bildirib ki, yeni qaydalar mikrosahibkarların dəstəklənməsi baxımından vacib dəyişiklik hesab olunur.
Ümumilikdə 20-yə yaxın xidmət sahəsi üzrə güzəşt tətbiq edilib.
Təklif edilən güzəştlər yalnız fiziki şəxslərə aiddir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
05 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ