İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslərin əməkhaqqına ƏLAVƏLƏR EDİLDİ - 2000 manat maaş ALACAQLAR

Ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Musavat.com-a verilən məlumata görə, təhsilverənlərin sertifikatlaşdırılması nəticələrinə müvafiq olaraq, 2023-cü ildə 23000-dən çox, 2022-ci ildəkilərə görə isə 9000-ə yaxın müəllimin əmək haqlarına əlavələr tətbiq olunub.

Ümumilikdə 32000-ə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir.

Məlumatda bildirilib ki, 897 direktor 1000 manatdan yüksək əməkhaqqı alır. Onlardan 285-i 1000-1500 manat, 456-sı 1500-2000, 156-sı isə 2000-dən çox maaş alır.

Qeyd edək ki, əməkhaqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdlərin 64% -ni təşkil edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR