İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslərə COVID-19 peyvəndi ilə bağlı TƏZMİNAT ödənəcək - Hər ay 854 avro...

COVID-19 peyvəndlərinin yaratdığı ağır fəsadlar səbəbindən Almaniyada məhkəməyə müraciət edən 301 nəfərə hər ay ömürlük təzminat ödənəcək.

Musavat.com xəbər verir ki, aylıq ödəniş 164-854 avro təşkil edəcək. Bundan başqa, zərurət yaranarsa, bu şəxslərin müalicə xərcləri də dövlət tərəfindən qarşılanacaq.

Almaniyada peyvənd və dərmanları təsdiqləməkdə məsul olan Paul Ehrlich İnstitutunun (PEI) peyvənd fəsadları siyahısındakı simptomlara görə, COVID-19 peyvəndləri ürək xəstəlikləri, qan laxtalanması, üz iflici, Guillain-Barre sindromu adlı əzələ xəstəliyi, eşitmə pozuqluğu və s. narahatlıqlara səbəb olur.

PEI hesabatına görə, 2022-ci ilin iyun ayına qədər 323,684 nəfər peyvənd fəsadları ilə qarşılaşdığını bildirib. Eyni dövrə qədərki məlumatların araşdırılarkən 120 ölüm hadisəsinin peyvəndlə əlaqəli olduğu ortaya çıxıb.

Koronavirus peyvəndlərinin yaratdığı ağır təsirlərin qurbanı olduqlarını iddia edən 185 nəfər məhkəməyə müraciət edib. İşlərdən birincisinə aprelin 28-də Frankfurt Məhkəməsində baxılacaq.

Peyvənd istehsalçısı Biontech tərəfindən mövzu ilə bağlı verilən açıqlamada Biontech peyvəndinin sağlamlıq problemləri yaratmadığı bildirilib: "Biz peyvənd istehsalçısı olaraq məsuliyyətimizi çox ciddi qəbul edirik".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR