İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslər üçün həyəcan təbili: Kor ola bilərsiniz...

Siqaret çəkmək bədənin müxtəlif orqanlarına, o cümlədən, gözlərə ciddi zərərlər verən vərdişdir. Tütünün tərkibindəki kimyəvi maddələr, xüsusilə nikotin, karbonmonoksid və digər toksik birləşmələr yalnız ürək və ağciyər sağlamlığına deyil, eyni zamanda, gözlərə də ciddi təsir göstərir. Siqaretin gözlərə olan zərəri həm qısa, həm də uzun müddət ərzində sağlamlıq problemlərinə yol aça bilər.

Məsələni Yenisabah.az-a şərh edən tanınmış professor, oftolmoloq Paşa Qəlbinur tütün məhsullarının görmə orqanında hansı xəstəliklərə səbəb olacağını açıqlayıb:

“Siqaretdən istifadə ümumi insan orqanlarında ciddi xəstəliklərin yaranmasına şərait yaradır. Təkrar-təkrar deyilir, televiziya ekranlarında bu barədə maarifləndirici məlumatlar təqdim olunur. Siqaretin ən böyük zərərlərindən biri məhz görmə orqanınadır.  Uzun müddət siqaretdən istifadə edən şəxslərdə gözün torlu qişasının müxtəlif, yaşa bağlı xəstəlikləri gəncləşir”.

Həkim qeyd edib ki, siqaret çəkən şəxslərin gözündə erkən yaşdan görmə ilə bağlı bir sıra problemlər də özünü büruzə verir:

“İki valideyndən hər hansı birində əgər qlakoma xəstəliyi olubsa, bu daha erkən özünü büruzə verməyə başlayır. Katarakta əmələ gəlmə ehtimalı bir neçə dəfə artır. Yəni gözdə olan bütün ciddi xəstəliklər siqaret aludəçilərində erkən yaşlarda ortaya çıxmağa başlayır. Təsəvvür edin ki, gülün qidalandığı torpaq və su zəhərlidir və yarpaqları tökülüb. Belə halda, gülün özü necə yaxşı halda qala bilər? İnsanın görmə orqanı, göz də bədənin bir üzvüdür. Həm də həssas üzvdür. Bu mənada bütün insanlara tövsiyə edirəm ki, nəinki siqaretdən istifadəni azaltsınlar, ümumiyyətlə, bu zərərli vərdişdən imtina etsinlər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR