İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslər metapnevmovirusu daha ağır keçirir - XƏBƏRDARLIQ

İnsan metapnevmovirusu (hMPV) əsasən öskürmə və ya asqırma zamanı hava damcıları vasitəsilə, yoluxmuş şəxslə birbaşa təmas yolu ilə və ya çirklənmiş səthlərə toxunmaqla yayılır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ofisindən bildirilib.

“Əksər hallarda simptomlar yüngül olur və adi soyuqdəyməyə bənzər şəkildə müşahidə edilir. Bununla yanaşı, uşaqlar, immun sistemi zəif şəxslər və yaşlı insanlar üçün xüsusilə astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi (XOAX) və ya emfizema kimi mövcud ağciyər xəstəlikləri olan şəxslər daha ağır nəticələr riski ilə üzləşə bilər”, - məlumatda deyilir. /APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Yanvar 2025

15 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR